Merkel İranın Suriya və Livanda təsirini məhdudlaşdırmağa çağırıb
Aprel 28
01:52
2018
İranın Suriyada və Livanda rolu böyük narahatlıq doğurur, bu təsir məhdudlaşdırılmalıdır.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda səfərdə olan Almaniyanın kansleri Angela Merkel bəyan edib.
"İranın Suriya və Livana təsir etməsi danılmaz faktdır. Bu çox böyük narahatlıq doğurur, biz bu təsirlərin məhdudlaşdırılmasına nail olmalıyıq”, deyə A.Merkel qeyd edib.
A.Merkel həmçinin bildirib ki, heç kim Rusiya ilə pis münasibətlərdə maraqlı deyil: "Amma münaqişələr yarananda, Ukraynadakı kimi hadisələr baş verəndə, hər şeyi öz adı ilə adlandırmaq lazımdır”.
A.Merkelin sözlərinə görə, o, ABŞ prezidenti Donald Trampla görüşü zamanı Rusiyanın siyasəti, Kremlin Suriyadakı rolu, Ukraynada vəziyyət, eləcədə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Almaniyaya mümkün təsirini müzakirə edib.