SON XƏBƏR

Məqsəd Nurun yeni kitabı nəşr edildi

Mart 07
18:55 2023
Yazıçı Məqsəd Nurun "Oliqarxın alaçığı" kitabı işıq üzü görüb. 

Kitaba müəllifin 1988-2018-ci illərdə yazdığı əsərləri - "Şəhər Meri" romanı, "Küləkli şəhər", "Ovuntu", "Katastrofiklər",  "Rütubət sevgiləri", "Qırğız gündəliyi" və  "Sınaqlar"  adlı silsilə hekayələri daxil edilib. Roman estetikasında yazılmış silsilə hekayələrdə sadə insanların həyatı, müharibə zədələri, urbanizasiyanın fəsadları təsvir olunur.

Xatırladaq ki, "Oliqarxın alaçığı" Məqsəd Nurun Azərbaycanda nəşr edilən üçüncü kitabıdır. Müəllifin "Şəhər Meri" romanı Milli Kitab müsabiqəsində (2011) ikinci yerin qalibi olub. Roman bir neçə ölkədə nəşr edilib. 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook