Mənsur Məmmədovun kadrı ticarət obyekti inşa etdirib

İyul 14
12:51
2025
Ucar rayon İcra Hakimiyyətinin başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Akif İbrahimov bizneslə məşğuldur.
Bu barədə Qlobal.az məlumat əldə edib.
Məlumata görə Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Akif İbrahimov rayonun Küçəkənd kəndində özünə ticarət obyekti tikdirib.
Obyektin rəsmi sənədlərdə sahəsi 100 kvadratmetrə yaxındır.
Aylıq vəzifə maaşı 600-800 manat civarında olan Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavininin ticarət obyektini hansı vəsaitlə inşa etdirdiyi ciddi sual yaradır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Qanununa görə vəzifəli şəxslərin bizneslə məşğul olmaları qadağan edilir.
Bu Qanunun 9.1-ci maddəsinə görə vəzifəyə təyin edildiyi və ya seçildiyi gündən sonrakı bir ay müddətində vəzifəli şəxs sahibkarlıq fəaliyyəti subyektində olan mülkiyyət payından irəli gələn idarəetmə və ya nəzarət funksiyalarını digər hüquqi və ya fiziki şəxsə təhvil verməlidir.
Onu da qeyd edək ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdur.

Mənsur Məmmədov 2015-ci ildən Ucar rayon İcra Hakimiyyətinin başçısıdır.
Qlobal.az