SON XƏBƏR

“Məni vurub, sonra özünü bıçaqladı”

Mart 31
12:11 2016
Respublikanın əməkdar artisti Cavanşir Məmmədov döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Unikal.org-a açıqlama verən müğənni proqramda çıxış edib restorandan çıxan zaman arxadan vurulduğunu etiraf edib:
 
"”Movida Plaza”da bizim əməkdar artist Firuzə İbadova ilə yarım saatlıq çıxışımız var idi. Biz axşam 21:30-da proqramda çıxış etdik. Çıxanda bir nəfər yoldaş bizə yaxınlaşdı ki, yarım saaat da qalıb çıxış etməlisiniz. Elə müğənnilər var ki, onları döyüb qovurlar. Yarım saat əlavə qalmaq üçün bizimlə mübahisə etdi. Mən də bildirdim ki, bizim başqa yerdə çıxışımız var, gedib sonra qayıdarıq. Biz qapıdan çıxanda məni arxadan vurdu. Bununla bağlı toy sahibləri həmin şəxsi tənbeh etdilər. Bir neçə dəqiqə keçəndən sonra məlum odu ki, biz çıxandan sonra bu şəxs özünü bıçaqlayıb”.

Cavanşir Məmmədov onu arxadan vuran adamın "Cəbo” ləqəbi ilə tanınan Cəmil adlı şəxs olduğunu deyib:
 
"Onun adı Cəmildi, "Cəbo” ləqəbi ilə çağırırlar. Məni döyməyib, arxadan vurub. Həmişə hörmətli kişiləri arxadan vururlar. Zərəçəkən şəxslər Cavanşir Məmmədov, Firuzə İbadovadırsa, xəbəri yayan zaman bu şəxslərlə əlaqə saxlamaq lazım idi. Yalandan xəbər yaymaq düzgün deyil”.

Qlobal.az









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook