SON XƏBƏR

"Məni güllələyən adamı qohumum öldürdü, sonra dəlixanaya yerləşdirildi” - Hacı Qalib

Aprel 10
00:56 2023
"Məni başımdan və digər bədən nahiyyələrimdən düz 6 dəfə güllələdilər, amma mən ölmədim. Deməli, hər kəsin bir qisməti var".

Bunu "globalinfo.az"a sabiq deputat Hacı Qalib Salahzadə deyib.

O hadisənin təfərrüatını danışıb: "1991-ci ilin 8 dekabr tarixində dostumla avtomobildə söhbət edirdik. Mənə qohumluğu çatan birinin əli ilə sui-qəsd təşkil etmişdilər".

Hacı Qalib bildirib ki, on güllələyən şəxsi qohumu öldürüb: 

"Həmin şəxs kənddə qonşuluqda yaşayırdı. Hər kəs bir-birini tanıyır. Məni öldürmək istəyən adamı mən xəstəxanadan çıxana kimi qohumum öldürmüşdü. O həbs olunmadı. Psixi problemi olduğu üçün dəlixanaya yerləşdirildi".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook