SON XƏBƏR

Məmur övladlarının lüks avtomobilləri - Qalmaqallı görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

İyul 23
13:06 2024
Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin "Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Bakı şəhər DYPİ-dən verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.

"Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook