Məmmədyarov fransalı nazirlə Qarabağı müzakirə etdi
Sentyabr 08
11:54
2016
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransada Avropa məsələləri üzrə dövlət naziri Harlem Desirlə görüşüb.
Qlobal.Az APA-ya istinadən xəbər verir ki, bu barədə fransalı nazir özünün "Twitter” səhifəsində yazıb.
O, görüşdə Dağlıq Qarabağın davamlı və sülh yolu ilə həllinə dair müzakirələrin aparıldığını bildirib.
Qlobal.az



