Məmməd İbrahimə atasının yas mərasimində iştirak icazəsi verildi
Sentyabr 06
09:57
2016
Həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə atasının yas mərasimində iştirak etməsinə icazə verilib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı, Məmməd İbrahimin oğlu Turan İbrahim verib.
Turan İbrahim bildirib ki, Penitensiar Xidmət atasının yas məraismində iştirak etməsinə icazə verib. Hazırda Məmməd İbrahim Yevlax şəhərinə gedir.
Məmməd İbrahimin atası sentyabrın 3-də vəfat edib.
Məmməd İbrahim CM-in 221.2.2-ci maddəsi ilə təqsirləndirilir. O, 3 il azadlıqdan məhrum edilib. Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Qlobal.az



