SON XƏBƏR

Memarlıq və İnşaat Universitetində "Təmiz Şəhər Mərkəzi" açılıb

Noyabr 08
15:22 2015
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası"na əsasən, "Təmiz Şəhər" ASC müxtəlif universitetlərlə tullantıların idarə olunması istiqamətində əməkdaşlığını davam etdirir. Oktyabrın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində "Təmiz Şəhər Mərkəzi"nin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov ölkə rəhbərinin təhsilin inkişafına göstərdiyi diqqətdən, bu sahədə həyata keçirilən tədbirlərdən danışdı. Bildirildi ki, son dövrlər inkişaf edən sahələrdə kadrların yetişdirilməsi istiqamətində böyük işlər görülür. Təhsil ocaqlarının bu istiqamətdəki işi və "Təmiz Şəhər" ASC kimi ayrı-ayrı qurumların bu sahədə göstərdiyi dəstək xüsusi təşəkkürə layiqdir.
 
"Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında tullantıların idarə edilməsinin yeni bir sahə olduğunu, bu istiqamətdə gənc və savadlı kadrların hazırlanmasının əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, "Təmiz Şəhər" ASC-nin Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin tələbələri "Təmiz Şəhər" ASC-də iş təcrübəsi keçib, yay məktəblərində və maarifləndirici turlarda iştirak ediblər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qeyd etdi ki, şirkətlərlə faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi universitet üçün çox zəruridir.
 
Rektor "Təmiz Şəhər Mərkəzi"nin ətraf mühitin qorunması və tullantıların idarə olunması sahəsi üzrə mütəxəssislərin hazırlanmasında böyük rolu olacağını bildirdi. Qeyd edək ki, "Təmiz Şəhər Mərkəzi"ndə "Təmiz Şəhər" ASC-nin əməkdaşları və digər mütəxəssislər tərəfindən ali təhsil müəssisəsinin tələbələrinə ətraf mühit və tullantıların idarə olunması mövzusunda təlimlər keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook