SON XƏBƏR

Məleykə Əsədova: ''Döyməm ilə gündəmə gəlmək istəmirəm''

Oktyabr 19
13:17 2016
Xalq artisti Məleykə Əsədova "VII The First" mükafatlandırılma mərasimində "İlin aktrisası" adına layiq görülüb. Xalq artisti mükafat aldıqdan sonra musavat.com saytına təəssüratlarını bölüşüb: 
 
''27 ildir ki, Azərbaycan səhnəsindəyəm. Bu illər ərzində eyni şöhrəti saxlamışam. Eyni alqışları, sevgini hiss edirəm. Mənim üçün ən böyük mükafat tamaşaçı alqışıdır, sevgisidir. Keçən il də "İlin aktrisası" seçilmişdim. Bu il də iki dəfə seçildim. Sənətimin qiymətləndirilməsi məni xoşbəxt edir”. 
 
Əsədova yeni rol aldığı tamaşadan da danışıb: 
 
"Səhnədə hər zaman fərqli obrazlar oynayıram. Azərbaycan səhnəsində ən çox klassik obrazlar oynayan aktrisayam. Teatrda üç-dörd gündür ki, yeni tamaşanın məşqlərinə başlamışam. İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanan "Cəhənnəm sakinləri" tamaşasında rol alacağam. Tamaşada mənimlə birlikdə Nurəddin Mehdixanlı və Elşən Rüstəmov oynayır. İnşallah iki-üç aya tamaşanı təqdim edəcəyik. 

Onu da qeyd edim ki, tamaşaçılar Məleykəni heç belə görməyib. Tam fərqli qadın  obrazını canlandıracağam. Mənim üçün də dəyişiklik olacaq”.

Aktrisa çiynindəki gül döyməsi barədə sualları isə cavabsız qoyub: 
 
"Mən sənətimdən danışmağı sevirəm. Döymə ilə gündəmə gəlmək istəmirəm. Mənə sənətimdən, yeni yaradıcılıq işlərimdən suallar verilsin”. 
 
(Musavat.com)
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook