SON XƏBƏR

Məleykə Ağayevanın oğlu ilə bağlı DİN-dən açıqlama

Dekabr 19
22:04 2019
Daxili İşlər Nazirliyi Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılmasıyla bağlı açıqlama yayıb.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru Toğrul Nəsirli açıqlama verib. Onun sözlərinə görə, həmin şəxs saxlanılmayıb və üzərindən də hər hansı narkotik maddə aşkar olunmayıb: "Deyilənlər yalandır, Fariz Ağayev barəsində həbs qətimkan tədbiri seçilməyib. Fariz Ağayev azadlıqdadır".

Qeyd edək ki, günorta saatlarında KİV-də onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlandığına dair xəbər yayılmışdı.Onu da əlavə edək ki, 1990-cı il təvəllüdlü F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook