SON XƏBƏR

Məktəblərdə uşaqlara konfet adı ilə narkotik tərkibli dərman paylanılır? - VİDEO

Fevral 11
10:35 2025
Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik tərkibli dərmanların paylanılması ilə bağlı iddialar yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır. İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.  Edilən paylaşımları görən valideynlər isə təvişə düşüb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər”ə bildirildi ki, sözügedən görüntülər araşdırılıb və uşaqlara konfet görüntülü narkotik tərkibli dərmanların paylanılması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.  

Nazirlik valideynləri bu kimi paylaşımlar zamanı diqqətli olmağa çağırıb, yalnız etibarlı mənbələrə güvəməyin vacibliyi qeyd olunub. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook