Məktəblərdə monitorinqlər aparılacaq
Mart 11
17:06
2022
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) hazırladığı Məktəbin İnkişaf Planı təqdim olunub.
İdarədən verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədova, TDM-in metodistləri, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 5 ümumi təhsil müəssisəsinin (45, 155, 201, 306 və 310 nömrəli) rəhbərləri iştirak ediblər.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Məktəbin İnkişaf Planının hazırlanmasını təhsil müəssisələrinin daha sistemli inkişafı baxımından yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. O bildirib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələrinin aparılması, təlim-tərbiyə prosesinin inkişafı istiqamətinə yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələrin təşkil edilməsi təhsil müəssisələrinin fəaliyyətində aşkarlanmış çatışmazlıqların aradan qaldırılması baxımından mühüm rol oynayır.
Görüşdə Məktəbin İnkişaf Planı hazırlanmış 5 ümumi təhsil müəssisəsində bu istiqamətdə fəaliyyətlərin təşkili və izlənilməsi, prosesin vahid mexanizminin formalaşdırılması ilə bağlı atılacaq addımlar barədə müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, təhsil müəssisələrinə təqdim olunan Məktəbin İnkişaf Planının bir il müddətində icra olunması nəzərdə tutulub. Məktəbin İnkişaf Planının həyata keçirilməsi prosesinin izlənilməsi məqsədilə məktəblərdə aylıq operativ monitorinqlər aparılacaq.
Onu da qeyd edək ki, növbəti 5 təhsil müəssisəsi üzrə də Məktəbin İnkişaf Planının hazırlanmasına başlanılıb.