SON XƏBƏR

Məktəblərdə ilk dərs bu mövzuda olacaq - Nazir əmr imzaladı

Sentyabr 05
11:06 2024
Bu tədris ilinin ilk dərsi "Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Qeyd olunur ki, ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmrə əsasən, məktəblərin II-XI siniflərində ilk dərs "Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook