SON XƏBƏR

Məktəbdə qətl hadisəsi baş verib

Fevral 11
13:39 2022
İsmayıllı rayonunda məktəbdə gözətçi texniki işçini qətlə yetirib.
 
Bu barədə "Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Basqal kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, məktəbin gözətçisi olan kənd sakini Bəxtiyar Əhmədli məktəbin texniki işçisi Gülarə Qəhrəmanovanı aralarında baş verən mübahisə zəminində bıçaqlayaraq öldürüb.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook