SON XƏBƏR

Meksikada güclü qasırğa nəticəsində 5 nəfər ölüb, 35 nəfər xəsarət alıb

Mart 12
15:11 2016
Meksikada baş verən güclü qasırğa ciddi fəsadlar törədib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 5 nəfər ölüb, 35 nəfər xəsarət alıb.
 
Paytaxt Mexikoda sürəti saatda 70 km-ə çatan külək 55 elektrik dirəyini aşırıb, 100-ə yaxın avtomobil zədələnib. Ölkənin müxtəlif regionlarında 1 600 yaşayış evinə ziyan dəyib, 4 milyona yaxın insan elektrik enerjisiz qalıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook