SON XƏBƏR

Meksika Prezidenti ABŞ-yə xəbərdarlıq edib

Noyabr 07
00:35 2025
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin onun ölkəsinin daxili işlərinə müdaxiləsinə icazə verməyəcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə o, gündəlik mətbuat konfransında bildirib.

"ABŞ-dən heç bir müdaxilə olmayacaq. Bir neçə nəfər istisna olmaqla, hər hansı bir meksikalı kənardan müdaxilə və ya təzyiq olmasını istəmir", - deyə Şeynbaum vurğulayıb.
 
O əlavə edib ki, Meksika ABŞ hökuməti ilə dialoqa və əməkdaşlığa üstünlük verir.

"Heç bir halda müdaxiləyə yol verməyən çərçivə müqaviləmiz var. Bu, əməkdaşlığa əsaslanır", - Meksika lideri bildirib.

K. Şeynbaumun sözlərinə görə, Meksika azad, müstəqil və suveren bir ölkə olaraq qalır.

Daha əvvəl NBC mənbələrə istinadən Tramp administrasiyasının Meksikada narkotik kartelləri ilə mübarizə aparmaq üçün yeni bir əməliyyat üçün ətraflı planlaşdırmaya başladığını bildirmişdi. Plana ABŞ hərbçiləri və kəşfiyyat işçilərinin ölkədə quru əməliyyatları aparmaq üçün yerləşdirilməsi daxildir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook