SON XƏBƏR

Meksika ABŞ-ı Ukrayna əvəzinə Latın Amerikasına kömək etməyə çağırdı

Oktyabr 03
09:15 2023
"ABŞ-ın Ukraynaya hərbi xərcləri "irrasionaldır”, Vaşinqton Latın Amerikası ölkələrinə kömək etmək üçün daha çox vəsait yönəltməlidir".

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, bunu Meksika prezidenti Andres Manuel Lopes Obrador deyib.

"Mən indi Ukraynaya hərbi yardımın necə təsdiqlənmədiyini seyr etdim. Amma Ukraynaya nə qədər vəsait ayırıblar? 30-50 milyard dollar. Bu, baş verə biləcək ən irrasional şeydir. Bu, zərərlidir", deyə Meksika prezidenti bildirib.
 
Lopez Obrador uzun müddətdir ki, ABŞ-ı miqrasiya təzyiqini azaltmaq üçün Mərkəzi Amerika və Karib hövzəsinin iqtisadi inkişafı üçün daha çox vəsait ayırmağa çağırır.

Gündəlik mətbuat konfransı zamanı Lopez Obrador ABŞ Konqresini Latın Amerikası regionuna pul ayırmadığına görə tənqid edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook