Mehriban Əliyeva təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi
Dekabr 25
13:08
2024
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzası nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.
Mehriban Əliyeva bununla bağlı rəsmi sosial şəbəkəsində paylaşım edib.
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".
Paylaşımda deyilir: