SON XƏBƏR

Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Şuşa səfərindən paylaşım edib

Mart 17
00:07 2021
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial media hesabında Şuşa səfərindən görüntülər paylaşıb.

Paylaşımda deyilir: 

"Əziz bacılar və qardaşlar!

Bu gün - Torpaq çərşənbəsi günündə biz yenidən doğma Şuşa şəhərimizi ziyarət etdik. Səfərimizin görüntülərini böyük məmnuniyyətlə sizinlə paylaşıram. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram! Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Uca Tanrı sizi və doğmalarınızı qorusun!

Dərin hörmət və sevgilərlə, Sizin Mehriban”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook