Mehriban Əliyeva Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə etdi

Fevral 14
20:34
2023
Birinci vitse-prezident Mehriban Əliyeva şair Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib.
Qlobal.az xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə sosial şəbəkədə məlumat yayıb:
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva Bakı şəhərində mənə mənzil hədiyyə etdi. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya bu diqqətə görə dərin təşəkkürümü bildirirəm".