SON XƏBƏR

Mehriban Əliyeva paralimpiyaçıları təbrik etdi

Avqust 31
18:16 2021
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalları qazanan idmançılarla bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!"





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook