Mehriban Əliyeva faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib

May 09
09:29
2023
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 9 May faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Faşizm üzərində Qələbə günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram".
