"Mehriban Əliyeva dərin mənəvi keyfiyyətləri və bənzərsiz xeyirxahlığı ilə xalqımızın qəlbində taxt qurub" - Ramin Əhmədov
Avqust 26
14:43
2022
"Azərbaycan qadınının adı tariximizin bütün mərhələlərində dövlətçiliyimizin möhkəmlənməsində, inkişafında böyük şərəflə çəkilir. Azərbaycan qadını həm qayğıkeş ana, həm möhkəm iradəli idarəçi və tarixi şəxsiyyət olmağı bacarıb. Tariximizin ən müdrik xanımlarından biri də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevadır. Mehriban xanım həm qayğıkeş ana, həm də dövlət xadimi kimi öz vəzifələrinin öhtəsindən böyük məharətlə gəlir. O, Heydər Əliyev Fondunun rəhbəri kimi yüzlərlə məktəbin, uşaq evinin, tarixi abidənin, məscidin, dini məbədin təmir və bərpası ilə bağlı şəxsən tapşırıqlar verib, ölkəmizdə həyata keçirilən sosial layihələrin əsas təşəbbüskarı olub. Azərbaycan cəmiyyəti həm koronavirus pandemiyası, həm də Vətən Müharibəsi dövründə Mehriban xanım Əliyevanın xalqımınız rifahına, şəhid ailələrinin və qazilərin sosial vəziyyətinin, aztəminatlı ailələrin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən sosial layihələrinin əyani şahidi olub."
Bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi Ramin Əhmədov Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın doğum günü ilə bağlı yaydığı açıqlamada deyib.
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətindən geniş danışan Ramin Əhmədov vurğulayıb ki, Fondun gördüyü işlər istər Azərbaycanda, istərsə də dünyada yüksək qiymətləndirilir, təqdir edilir: "Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağın yenidən qurulmasında mühüm rolu xüsusi vurğulanmalıdır. Mehriban xanım Fondun xətti ilə dünyanın bir çox ölkəsində dini məbədlər, kurqanlar, məscidlər, sinaqoqlar, kilsələr və digər məbədləri təmir etdirib. Həmçinin dünyanın bir çox yerində təhsil ocaqları onun təşəbbüsü ilə təmir olunub. Mehriban Əliyeva uşaqların təhsil almasına, elm və savada yiyələnməsinə böyük önəm verir. Ona görə də hər il təhsillə bağlı müxtəlif layihələr həyata keçirilir. Layihələr çərçivəsində qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlara müxtəlif dərs ləvazimatları hədiyyə olunur. Birinci xanım Azərbaycanda təhsillə yanaşı tibb, həmçinin musiqi, rəssamlıq və digər incəsənət sahələrinə xüsusi diqqət ayırır. Talassemiyalı uşaqlara xüsusi qayğı göstərən Mehriban Əliyeva onların müalicəsi üçün dəstəyini əsirgəmir. Daim dünyaya Azərbaycançılıq prinsiplərini, tollerantlığı təbliğ edən Mehriban xanım ölkəmizdə də tarixi abidələrimizə, ziyarətgahlarımıza və məscidlərimizə böyük həssaslıqla yanaşır.”
Ramin Əhmədov bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanla yanaşı regionumuzda və dünyada ciddi nüfuza malik olan şəxsiyyət kimi tanınır və onun təşəbbüsləri həmişə yüksək qiymətləndirilir: "Təbii ki, Birinci vitse-prezidentin qlobal miqyasda həyata keçirdiyi humanitar layihələr Azərbaycan xalqının dünyadakı imicinə müsbət təsir edir. Bu layihələr dünya dövlətlərinin Azərbaycan xalqını xoşniyyətli, yardımsevər xalq kimi tanıması ilə nəticələnir".
Media Qrup rəhbəri bildirib ki, Mehriban xanım prezident İlham Əliyevin əsas silahdaşıdır və hər iki şəxsiyyət dünya xalqlarına mükəmməl ailənin modelini təqdim etməyi bacarır: "Həm cənab prezident İlham Əliyev, həm də Mehriban xanım Əliyeva uğurlu siyasi fəaliyyət yolu keçiblər. Əlbəttə ki, onların uğurlu siyasi fəaliyyət yolu Azərbaycanın inkişafına, çiçəklənməsinə və ölkəmizin nüfuzunun artırılmasına xidmət edir. Azərbaycanın idarəçiliyində, dövlətçiliyimizin möhkəmləndirilməsində İlham Əliyev və Mehriban Əliyevanın milli köklərə bağlılığı və Azərbaycan xalqının onlara inamı böyük rol oynayır. Hər iki şəxsiyyət xalqımıza verdiyi bütün sözləri tutub. Bu səbəbdən, Azərbaycan xalqı onların təşəbbüslərini, siyasi xəttini dəstəkləyir. Əminliklə deyə bilərik ki, bu dəstək günbəgün artacaq. Fürsətdən istifadə edərək, öz dəstixətti, dərin mənəvi keyfiyyətləri və bənzərsiz xeyirhahlığı ilə xalqımızın ürəyində taxt quran Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, ona çoxşaxəli və xeyirxah fəaliyyətində uğurlar arzu edirəm. Tanrı onu və ailəsini qorusun, Azərbaycan xalqının başının üstündən əskik etməsin!"

Mənbə: Missiya.az
Qlobal.az