SON XƏBƏR

Mehriban Ələkbərzadə: İlyas Əfəndiyevin dramaturgiyasında əvəzolunmaz iki meyar var

May 27
05:52 2024
Görkəmli dramaturq İlyas Əfəndiyevin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə sıx əlaqələri olub. O bu teatrın repertuarına yeni nəfəs gətirib.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə deyib.

Yazıçının insan obrazlarında psixoloji-lirik üslub yaratmasının fərqli xüsusiyyətlərdən biri sayıldığını vurğulayan quruluşçu rejissor qeyd edib: "İlyas Əfəndiyevin dramaturgiyasında mənim üçün əvəzolunmaz iki əsas meyar var. Bunlardan birincisi, insan talelərinin ən böyük işıqçısı olmasıdır. Digəri isə, onun hər zaman etnik kimlik baxımından Qarabağın əhalisinin məhz türk kökənli olmasının vacibliyini vurğulamasıdır. Bu, bizim azad məmləkətimizin dünəni idi. Həmçinin bu günə ötürülən mesajlar olub”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook