Məhkəmədə uşaqların fikrinin öyrənilməsi qaydası müəyyənləşir
İyun 24
14:33
2021
Məhkəmədə uşaqların fikrinin öyrənilməsi qaydası müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 192.3-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılacaq.



