Məhkəmədə 4 nəfərin ölümünə səbəb olan iş adamının kürəkəni özünü təqsirli bilmədi
Oktyabr 20
20:27
2021
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report” xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzə o, özünü təqsirli bilməyib.
Daha sonra tərəflər əvvəlcə zərərçəkmiş şəxslərin hüquqi varislərinin dindirilməsi barədə razılığa gəliblər.
Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin olunub.
Qeyd edək ki, bu il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini E.Kəlbəliyevin idarə etdiyi "Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas” markalı avtomobillər toqquşub. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra E.Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.

Xatırladaq ki, E.Kəlbəliyev "Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir. O, "Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və "Əlincə” futbol klubunun prezidenti olub.
Qlobal.az