Məhkəmə şirkət direktoru ilə bağlı qərarı elan edib
Yanvar 25
14:16
2022
Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən "ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protesti üzə qərarı elan edilib.
"Report”un xəbərinə görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət və protest təmin olunmayıb.
Qeyd edək ki, "ƏSR TRAVEL” MMC-nin direktoru Ə.Bayramov Gəncə-Sankt-Peterburq aviareysi ilə səfər edəcək 101 sərnişinə qanunsuz COVID-19 sertifikatı verməkdə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Qlobal.Az