SON XƏBƏR

Məhkəmə sədri vəkili təhqir edib- İNSİDENT

İyun 28
04:12 2022
Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə vəkil Natiq Əliyev arasında insident baş verib.

Məlumata görə, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb. Vəkili təhqir edən məhkəmə sədrini zalda ona qarşı əl -qol hərəkətləri də edib.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Gununsesi.info xatırladır ki, bu, Həsən Qəniyevin vəkillərə və vətəndaşlara qarşı birinci hərəkəti deyil. Adı dəfələrlə sifarişli qətnamələr çıxarmaqda hallanan Həsən Qəniyevin ən pis hakim imicini qazanıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook