SON XƏBƏR

Məhkəmə Pərviz Müşərrəf haqqında edam hökmü çıxardı

Dekabr 17
12:13 2019
Pakistanın xüsusi məhkəməsi sabiq prezident Pərviz Müşərrəf haqqında qərar qəbul edib.

Qaynarinfo "Dawn" qəzetinə istinadən xəbər verir ki, sabiq dövlət başçısının haqqında edam hökmü çıxarılıb.

Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyasının qərarında deyilir ki, Pərviz Müşərrəf Pakistan Konstitusiyasının 6-cı maddəsinə uyğun olaraq təqsirli bilinib.

Sabiq prezident 2007-ci ildə Konstitusiyanın bəzi maddələrini dayandırmaqda və fövqəladə vəziyyət rejimi tətbiq etməkdə ittiham olunub.

Qeyd edək ki, general Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook