Məhkəmə jurnalist Şahnaz Bəylərqızı ilə bağlı qərar verib

Fevral 06
15:13
2025
"Toplum TV" işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib.
"Report"un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib.
Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib.
Xatırladaq ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib.
Qeyd edək ki, Şahnaz Bəylərqızı ötən gün saxlanılıb.
Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.