Məhkəmə-Hüquq Şurası Şəmsəddin Abbasov barəsində nə tədbir görəcək?
Avqust 07
17:22
2023
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri işinə girişməsi, onun vəzifəsi ilə vidalaşmasına gətirib çıxarda bilər.
Azərbaycanda bir çox dövlət məmurlarının vəzifə səlahiyyətlərindən öz şəxsi mənafeləri üçün istifadə etmələrinə dair media və sosial şəbəkələrdə çoxsaylı materiallar yayımlanıb.
Belə məmurlrdan biri də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov olması barədə oxucularımıza məlumat vermişdik.
Həmin xəbərdə bildirmişdik ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifə səlahiyyətlətindən sui-istifadə edərək bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC yaradaraq avtomobil mühərriklərinin təmiri işinə girişib. Bu sahədə ciddi gəlirin olduğunu bilən Şəmsəddin Abbasov, hakim vəzifəsindən istifadə edərək bacısı oğlunun adına açdığı şirkətin işlərini daha daha böyütməklə məşğuldur. Belə ki, hakim səlahiyyətindən sui-istifadə edən Şəməsdddin Abbasovun dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini Arif Fətiyevin adına yaratdığı MMC-yə verilməsini təşkil etdirir. Hazırda MMC kimi Arif Fətiyevin adına qeydiyyatdan keçən "avtoservis” Masazır qəsəbəsində DYP rəisi Ramiz Zeynalova məxsus olduğu Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.
Hakim Şəmsəddin Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə Məhkəmə-Hüquq Şurası tərəfindən qiymət veriləcəyinə inanırıq. İnam Kərimovun rəhbərliyi altında Məhkəmə-Hüquq Şurasının yenidən formalaşması onu deməyə əsas verir ki, məhz məhkəmə sistemini hörmətdən, nüfuzdan salan hakimlər mütləq şəkildə bu sahədən uzaqlaşdırılmalıdırlar.
Bildirək ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, zərurət olduqda intizam məsuliyyətinə cəlb edilməsi, habelə hakimlərlə bağlı digər korrupsiyaya şərait yaradan məsələləri öz səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.
Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə "Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb. Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.
Qarşı tərəfin mövqeyini dərcə etməyə hazırıq.