Mehdiabadda “patı” əməliyyatı keçirilib - VİDEO
İyul 29
02:00
2021
Abşeronda El arasında "Patı” kimi tanınan narkotik maddənin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Mehdiabad polis bölməsinin keçirdiyi əməliyyat zamanı 30 yaşlı qəsəbə sakini Amin Abbasov tutulub.
APA TV xəbər verir ki, onun evinə keçirilın baxış zamanı oradan küllü miqdarda 13.041 qram Heroin, 17.487 qram el arasında Patı kimi tanınan Metamfetamin , kakos və digər narkotik maddələr, onları ölçən tərəzi, çoxlu sayda mobil telefon eləcədə satışdan əldə etdiyi müəyyən məbləğdə pul aşkar edilib. 30 yaşlı Mehdiabad qəsəbə sakini Amin Abbasov şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Araşdırma zamanı məlum olub ki, o bu işlə artıq 4 ilə yaxındır məşğul olub. Sosial şəbəkədə tanımadığı İran vətəndaşı ilə əlaqə quran Amin Abbasov bu çirkin əməlini Abşeron rayonunda həyata keçirib. Mehdiabad qəsəbəsində gəncləri zəhərlədiyi məlum olsada lakin o narkotik maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini deyir.
Saxlanılan şəxs tutduğu əməldən peşiman olsada, lakin ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arasında keçirməli olacaq.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.