SON XƏBƏR

Medvedyev: ”ABŞ axmaqlıq etdi”

Oktyabr 17
10:05 2015
ABŞ-ın terrorla mübarizə məsələsində Rusiya nümayəndə heyəti ilə görüşməkdən imtina etməsi axmaqlıqdır.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev deyib. "Amerikalılar müzakirə aparmayacağıq deyirlər. Məncə bu dar düşüncəli yanaşmadır.
Çünki məsuliyyəti öz üzərlərinə götürən liderlər və ölkələr belə vəziyyətlərdə fərqli fikirlərə sahib olmalıdırlar. ABŞ-ın bu davranışı axmaqlıqdır”, - Medvedyev bildirib.
Qeyd edək ki, Rusiya Suriyada terrora qarşı əməliyyatlarda birgə mübarizə aparılması üçün ABŞ rəsmiləri ilə görüşmək istəmiş, lakin Vaşinqtondan müsbət cavab ala bilməmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook