MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb
May 12
11:30
2022
11 may tarixində Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün təşkil edilən "Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların bağlanış mərasimi keçirilib. Seminarları uğurla bitirən 40 iştirakçıya sertifikatlar təqdim edilib.
İki həftə davam edən silsilə seminarlarda yerli və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında çıxışlar, interaktiv müzakirə sessiyaları təşkil olunub.
Seminarların bağlanış mərasimində iştirakçılar təəsüratlarını bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər.