SON XƏBƏR

Mədət Quliyevdən iki mühüm - Təyinat

Oktyabr 27
20:01 2015
Xəbər verdiyimiz kimi, bu gün Milli Təhlükəsizlik Nazirliyində növbəti vəzifədən azad etmə və təyinat həyata keçirilib.
 
Ceyhun Şadlinskinin MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilməsindən sonra nazirlikdə daha bir neçə təyinat gerçəkləşib.
 
Qlobalinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, sabiq nazir Eldar Mahmudov tərəfindən işdən azad olunmuş çekistlər yenidən MTN-ə qaytarılır.
 
Saytın yazdığına görə, polkovnik İsmayıl Bağırov milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyevin bu gün imzaladığı əmrlə MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edilib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub. MTN-dəki kadr islahatları davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook