“Medera“nın mühafizəçisi Ağadadaş Ağayevi döyübmüş - ŞOK DETALLAR
İyul 23
14:49
2024
Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən hadisənin canlı şahidi olan adamla danışdım. Ağadadaş Ağayev "Medera” adlı xəstəxananın lap yaxınlığında yaşayır. O, bir neçə gün əvvəl qulağından əməliyyat olunub. Həyətinin qapısını açıb "Medera” nın gözətçisinə deyib ki, oradan bir tibb bacısı çağır, gəlib mənim qulağıma baxsın. Gözətçi deyib ki, mən niyə çağırıram, get, özün çağır. Aralarında yaranan mübahisə davaya çevrilib.
Bunu jurnalist Məhəmmədəli Qəribli facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, mühafizəçi Ağadadaş Ağayevi yıxıb yerə və möhkəm döyüb: "Hadisəni şahidi deyir ki, onlar bir neçə adamla zorla Ağadadaşı "oxran”ın əlindən ala biliblər. Sonra Xalq artisti girib evdən baltanı götürüb və düşüb onu döyən "oxran”ın dalına. Baltanı atanda, dəyib başqa bir adama. Görün, "Medera”nın işçiləri nə dərəcədə harınlayıb ki, küçənin ortasında Xalq artistini döyür. Bir xəstəxananın həkimləri səhv müalicəyə görə gündə bir xəstəni öldürürsə , oranın "oxranı”ndan bundan artıq nə gözləyəsən?.."
Klinika isə həmin şəxslərin onların işçisi olmadığını bildirib.

Qlobal.az