SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

"Medera Hospital" və 8 şirkətdə əmək hüquqlarının pozulması halları ilə bağlı məhkəməyə müraciət

Fevral 14
14:35 2025
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, araşdırma zamanı "Medera Hospital” MMC, "Abbasoğlu İnşaat” MMC, "Yol Tikintiservis” MMC, "Dream Construction” MMC, "Lock Service” MMC və "Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, "İlkin-E” şirkəti, "Kerama Trade” MMC və "KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook