Mədəniyyət Nazirliyinin şübhəli satınalması - 250 min manata hansı işlər görüləcək?

Avqust 14
08:58
2025
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti 2025-ci ilin iyul ayının 15-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, Xidmətin "Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə məlumat lövhələrinin alınması" lotu üzrə keçirdiyi bu satınalmada "ADPOINT" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1702580701) qalib elan edilib.
Tenderin smetası 250.044 manat təşkil edir.
Xidmətlə MMC arasında bağlanan satınalma müqaviləsinə görə ölkənin müxtəlif yerlərində olan abidələrin qarşısında məlumat löhvələrinin dayaq üzərində quraşdırılması və abidələrin üzərinə məlumat löhvələrinin yerləşdirilməsi nəzərdə tutulub.
Məlumat löhvələrinin yerləşdiriləcəyi abidələrin hansı rayonlarda yerləşməsi barədə müqavilədə məlumat verilsə də, abidələrin konkret ümumi və rayonlar üzrə olan sayı göstərilmir.
Digər şübhəli məqam isə məlumat löhvələrinin materialı, dayaqların materialı, ölçüləri, qalınlığı barədə məlumatın olmamasıdır.
Daha bir qaranlıq məqam isə Xidmətin keçirdiyi bu tenderdə qalib elan etdiyi "ADPOINT" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsindədir.
Belə ki, Xidmətin 250 min manatlıq satınalmasında qalib elan edilən "ADPOINT" MMC dövlət satınalmaalrında indiyədək iştirak etməyib. (Hər halda etender.gov.az saytının bazasında belə bir məlumat yoxdur). Eyni zamanda bu şirkətin maddi-texniki bazası, işçi qüvvəsi, təcrübəsi barədə də açıq internet resurslarında məlumata rast gəlinmir.
"ADPOINT" MMC dövlətin Qanunlarını pozan təşkilatlar sırasındadır.

Belə ki, 2023-cü ilin oktyabr ayında Xətai rayon Məhkəməsində bu təşkilat barəsində gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunmuş, MMC Qərar əsasən cərimə edilmişdir.

Səbinə Hacıyeva
Qeyd edək ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Səbinə Hacıyevadır. O, bu vəzifəyə 2023-cü ildə təyin edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti 2020-ci ildə Mədəniyyət nazirliyində əməliyyat keçirmişdi.

Zakir Sultanov
Həmin əməliyyat zamanı nazirliyin yüksək vəzifəli şəxsləri və Mədəniyyət nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdi. Zakir Sultanovun Xidmətin keçirdiyi tenderlərdə "otkad" aldığını əməliyyat çəkilişində etiraf etmişdi. O zaman "Piramida F-R" MMC-nin rəhbəri Şamxal Ağaşirinov Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinə qalib elan edildiyi tenderə görə 900 min manat verdiyini ifadəsində qeyd etmişdi.
Qlobal.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən mövqe öyrənə bilməyib.
Cahandar Laçınlı
Qlobal.az