SON XƏBƏR

Mədəniyyət Nazirliyi: “Abidələr tarixidir, lakin biz onları qeydiyyatdan keçirməmişik. Deməli, sökəcəklər”

Aprel 18
16:41 2019
Azərbaycan Mədəniyyət Nazirliyi tikinti işləri aparılarkən "Təzəpir” məscidinin yaxınlığında qədim hamamın aşkarlanması barədə məlumatı şərh edib.

Xatırladaq ki, dünən haqqin.az və virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev özünün "Facebook” səhifəsində "Təzəpir” məscidinin yaxınlığında aparılan qazıntı işlərinin fotoşəkillərini paylaşıb, ictimaiyyətə və KİV-lərə unikal tapıntının xilas edilməsi üçün çağırış edib.

Lakin Mədəniyyət Nazirliyinin nəzdindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov jurnalistlərə bildirib ki, aşkarlanmış tikili tarixi abidələrin siyahısına daxil deyil.

Onun sözlərinə görə, tikili hamamın qazanxanasıdır və özəl mülkiyyətdədir.

"Təxminən 12 il əvvəl burada tikinti işləri aparılırdı və yaxınlıqda avtomobil dayanacağı vardı. Tikinti işləri aparılarkən həmin hamam sökülüb. Yerin altında olan qazanxana isə salamat qalıb. Həmin hamam mədəniyyət abidəsi hesab oluna bilərdi, lakin o, tarixi abidələrin siyahısında yox idi”, - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook