SON XƏBƏR

Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - Tender

Noyabr 13
15:35 2025
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Qlobal.az "Yeniavaz.com"-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi "7GÜL” MMC (VÖEN – 1703068701) olub.

Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün "7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan "7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.

Qeyd edək ki, satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq:

- Qızılgül xarici (təbii) – 3 000 ədəd;
- Qızılgül yerli (təbii) – 1500 ədəd;
- Qərənfil (təbii) – 1500 ədəd;
- Böyük gül səbəti – 80 ədəd;
- Orta gül səbəti – 60 ədəd;
- Kiçik gül səbəti – 60 ədəd;
- Əklil böyük – 7 ədəd;
- Əklil orta – 7 ədəd;
- Əklil kiçik – 7 ədəd;
- Buket böyük – 80 ədəd;
- Buket orta – 80 ədəd;
- Buket kiçik – 80 ədəd;
- Büstönü səbət – 10 ədəd;
- Səhnə önü bəzək – 25 metr.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook