SON XƏBƏR

MƏCLİSDƏN QORUĞA, QORUQDAN MƏCLİSƏ... – Şahin Seyidzadə deputatlığa namizəd olub

İyul 22
15:42 2024
VI çağırış Milli Məclisə 50 saylı Qobustan-Abşeron seçki dairəsindən deputat seçilmiş, 2023-cü il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Şahin Seyidzadə yenidən parlamentə qayıdır.

Bu barədə "AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub.

Qeyd olunur ki, bitərəf Ş.Seyidzadə namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhat edən seçki dairəsindən irəli sürüb.

Cəmi 16-17 ay əvvəl parlamentdən "İşərişəhər” qoruğuna rəhbər göndərilən Seyidzadənin yenidən Məclisə qayıtmaq istəyi maraq doğurur. Böyük ehtimalla, bu, ona etimad olunan mühüm postda özünü doğrultmaması ilə bağlıdır. Lakin bir başqa ehtimala görə, Ş.Seyidzadə Milli Məclis rəhbərliyində post tutmaq üçün geri qaytarılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook