SON XƏBƏR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru 4200 dollarlıq eynək taxır

İyul 24
14:08 2024
Bir müddət öncə Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə bağlı təqdim etdiyi siyahıya adı düşməyən Milli Məclisin V və VI çağırış üzrə deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə korrupsiya məsələsi gündəmə gəlmişdi.

Yerli mətbuatda gedən məlumatda iddia olunub ki, onun builki seçkilərdə adının siyahıya salınmamasının səbəbi haqqında olan korrupsiya faktlarıdır.

Bunların həqiqət olub-olmamasını bilmirik. Çünki sabiq deputat bu məlumatı cavasız qoyub.

Lakin diqqət çəkən məqam isə bu dəfə onun bahalı eynəyidir.

M.Abbaszadə bir müddət öncə Laçında baş tutan mini-futbol turnirini izləyib.

32gun.az-a daxil olan məlumata görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru matçı izlərkən taxdığı günəş eynəyi "RayBan" markasının "Aviator solid Gold" modelidir. Həmin modelin qiyməti isə 4245 dollardır.
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook