Məcburi köçkünlər onlara verilən yaşayış sahələrindən çıxarılır? – AÇIQLAMA
Noyabr 05
12:48
2021
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərin onlara verilmiş yaşayış sahələrindən çıxarılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Qlobal.az APA-ya istinadla xəbər verir ki, Komitədən verilən məlumata görə, ayrıca yaşayış sahəsi olan, lakin onu üçüncü şəxslərin adına rəsmiləşdirən bəzi məcburi köçkünlərin dövlətdən əlavə yaşayış sahəsi əldə etmək istəyi baş tutub. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi və məcburi köçkün arasında bağlanmış kirayə müqaviləsi əsasında yeni mənzillə təmin edilmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı mənzillərə qəsəbələrdə yerləşən MKİS-lər tərəfindən mütəmadi olaraq nəzarət edilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə salınmış yaşayış massivlərində yerləşən mənzillər onların xüsusi mülkiyyətinə deyil, məhz müvəqqəti istifadəsinə təqdim edilir. Yeni yaşayış sahələri ilə təmin edilmiş məcburi köçkünlərlə bağlı mövcud qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildikdə onlarla imzalanmış müqaviləyə xitam verilir və mənzilin veriləcəyi digər məcburi köçkün ailəsi müəyyənləşdirilərkən məcburi köçkün şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verilir.