SON XƏBƏR

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək

Noyabr 20
16:15 2018
Noyabrın 21-də Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək.

Virtualaz.org bildirir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ənənəvi görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatı, Birlik ölkələrinin Antiterror Mərkəzinin fəaliyyəti, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərinə dair mövzuları müzakirə edəcəklər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri Birlik ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini müzakirə edəcəklər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook