SON XƏBƏR

MDB-ni “yanğın” bürüyübmü? (ŞƏRH)

Dekabr 21
13:36 2020
Özbəkistan prezidenti Şəfqət Mirziyevin sədirliyi ilə MDB dövlət başçılarının onlayn formatda keçirilən sammitinə qatılan Belarus diktatoru Aleksandr Lukaşenko həyəcan təbili çalıb. Sammitin MDB-ni yanğın bürüdüyü bir zamanda keçirildiyini qeyd edən Lukaşenko Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən, Belarus, Qırğızıstan və Ukraynada baş verən hadisələrdən narahatlığını ifadə edib.

Qaynarinfo xəbər verir ki, politoloq Xaqani Cəfərli Lukaşenkonu fikirlərində haqlı sayır.

Onun sözlərinə görə, gələn ilin ortalarında MDB məkanında siyasi proseslər daha da intensivləşəcək: 

"Belarus diktatorunun bu çıxışını müxtəlif cür yozmaq, şərh etmək olar. Fikirimcə, çıxışı zamanı bir neçə dəfə MDB-ni yanğın bürüdüyünü bəyan edən Lukaşenko vəziyyətin partlayış ərəfəsində olmasının fərqindədir. Lukaşenko anlayır ki, koronavirus pandemiyasının təhlükəli həddə çatması və soyuqların düşməsi MDB məkanında nəhəng sosial-siyasi hadisələri "təxrə” salıb. Ancaq yazda koronavirus təhlükəsinin azalması və havaların isinməsi ilə sosial-iqtisadi problemlər daha qabarıq üzə çıxacaq. Eyni zamanda ABŞ-ın yeni prezidenti Co Baydenin Rusiyaya, xüsusən də bu ölkənin siyasi-hərbi-biznes elitasına qarşı görəcəyi cəza tədbirləri bütün postsovet məkanındakı hadisələrə təsir edəcək.

Lukaşenkonu həyacana salan yanğın deyil, yanğının əlamətləridir. Yanğın yazın ortalarında başlaya, yayda isə ən kəskin vəziyyət ala bilər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook