MDB ölkələri dövlət başçılarının növbəti Zirvə görüşü sentyabrda Qırğızıstanda keçiriləcək
Fevral 17
20:04
2016
MDB ölkələri dövlət başçılarının növbəti Zirvə görüşü bu ilin sentyabr ayında Qırğızıstanda keçiriləcək.
Bu barədə Qırğızıstanın Belarusdakı səfiri, ölkənin MDB-dəki nümayəndəsi Kubanıçbek Omuraliev fevralın 17-də Bişkekdə keçirdiyi brifinqdə məlumat verib.
Bildirilib ki, Zirvə görüşündə üç əsas məsələ diqqət mərkəzində olacaq: İqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri və mədəni-humanitar sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi.
Qeyd edilib ki, MDB ölkələri dövlət başçılarının Zirvə görüşü ilə yanaşı, MDB Hökumət Başçıları Şurasının və Xarici İşlər Nazirləri Şurasının iclasları da keçiriləcək.
Qlobal.az



