SON XƏBƏR

Masonların 3000 illik gizli, möcüzəli iksiri – Video

Yanvar 14
00:30 2017
Bir sıra islam aliminə görə, Quranda haqqında bəhs edilən güc halvası elə mannadır.

Qlobal.az Axar.az-a istinadən xəbər verir ki, tarixi bilgilərə görə, səhrada 40 il yol gedən Musa peyğəmbərin qövmü də onun təmiz qızıldan hazırladığı bu nemətdən istifadə edərək aclıq və xəstəlikdən can qurtara biliblər. Ancaq manna adlı iksirin tarixçəsi daha qədimlərə gedib çıxır. Bəzi araşdırmaçılara görə, manna ilk olarak itmiş qitə - Muda kəşf edilib. Adı da Mudur. Yəni Munun içkisi.

1904-cü ildə Misir elm adamları Sina yarımadasında yeni bir səfərə çıxdığı vaxt 2070 metr yüksəklikdə bir məbəd tapırlar. Məbədin bir hissəsi yerin üstündə inşa edilsə də, yarısı bir dağın içərisinə oyulub. Məbəddə aparılan araşdırmalar zamanı bir qabın içində qəribə toz tapılır. Toz üzərində aparılan dərin incələmlərdən sonra bu tozun o günə qədər haqqında çox danışılan, ancaq varlığı isbat edilməyən manna olduğu üzə çıxır.

Mannanın adı qədim Mesapotamiya mədəniyyətində "şamanna” kimi çəkilib.

Qədim Misir barelyeflərindən bu iksiri fironlar və əsilzadələrin istifadə etdiyi məlumdur. Bundan başqa, qədim Misirdə "insiyələr” adlı bir dini təriqətin müridləri mərhələ adlayıb rahib sinfinə keçə bilmək üçün də mannadan istifadə ediblər: onları daş tabuta salıb azacıq tərəvəz və manna ilə qidalandırar, sadəcə təbii ehtiyaclarını ödəmələri üçün tabutdan çıxardaraq 2 illik ruhani təkamül təlimi keçərdilər. Sonunda təlimi başa vuranlar artıq istədiyi vaxt astral səyahətə çıxa və ruhani varlıqlar ilə əlaqə qura bilərdilər.

Manna 24 əyarlı qızıl elementinin xüsusi qaydada yandırılandan sonra müxtəlif kompleks kimyəvi reaksiyalardan yaranan elektrik enerjisi vasitəsi ilə əldə edilən təkatomlu ağ tozdur. Bu ağ toz yüksək tezlikli qızıl və platin qrupu metallardan ibarətdir və dünyada məlum olan ən keçirici maddədir. Manna istifadəsinə başlamazdan əvvəl ət və ət məhsullarının yeyilmədiyi 40 günlük xüsusi pəhriz tətbiq olunur. Nizamlı olaraq istifadəsi nəticəsində xərçəng xəstəliyini yox etmək, bədxassəli şişləri aradan qaldırmaq, beynin daha çox neyron istehsal edərək aktivliyini təmin etmək mümkündür. Manna beynin imkanlarının 60 faizini - altıncı hissi hərəkətə gətirib transa keçə bilmək kimi təməl xüsusiyyətləriylə bərabər, bir sıra xəstəliklərə qarşı da effektiv vasitədir. Toz və maye formaları mövcuddur.

Manna yüksək dərəcəli mason ustadlarının istifadə etdiyi gisli iksir kimi də çox məşhurdur.
 
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook