SON XƏBƏR

Mask: "Ukraynanın bütövlüyü qurban verilməlidir"

Oktyabr 24
17:40 2023
Milyarder İlon Mask hesab edir ki, Yaxın Şərqdə və Ukraynada hərbi münaqişələr 3-cü Dünya Müharibəsinə çevrilə bilər, ona görə də ABŞ Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq və Ukraynanı atəşkəsə razı salmaq daha yaxşıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə The Wall Street Journal Platform X-də Spaces müzakirələrinə istinadla yazır. 

"Biz Ukraynada sülhə nail olmalıyıq və düşünürəm ki, Rusiya ilə normal münasibətləri bərpa etməliyik”, - milyarder deyib.

Oktyabrın 23-də X platformasında onlayn müzakirədə çıxış edən Mask "ABŞ siyasəti Rusiyanı İran və Çinlə ittifaqa girməyə məcbur edir" və qlobal münaqişədə Rusiya, Çin və İranın ittifaqının Qərbi məğlub edə biləcəyi fikrini ifadə edib.

SpaceX və Tesla sahibinin fikrincə, Çin və Rusiya ilə sərt qarşıdurma ABŞ üçün fəlakətli olardı, çünki zəngin xammal ehtiyatlarına malik Rusiya və "fenomenal sənaye potensialı” ilə Çin nəhəng birlikdir.

Mask hesab edir ki, "sivilizasiyanın özü təhlükə altında ola bilər”, ona görə də ABŞ siyasətinin prioriteti "III Dünya Müharibəsindən qaçmaq” və "regional münaqişənin sürətlə qlobal miqyasda kəskinləşdiyi” vəziyyətin qarşısını almaq olmalıdır.
Mask Ukraynanın Rusiyaya qarşı müharibəsini ümidsiz vəziyyət hesab edir. 

Milyarder biznesmen ABŞ-ı Ukraynada sülhə aparan yol "tapmağa” və "Rusiya ilə normal münasibətləri bərpa etməyə” çağırıb.

"Spaces” mövzusunda müzakirələr zamanı Mask Rusiyanın işğal etdiyi "Ukraynanın rusdilli ərazilərində heç bir anti-Rusiya qiyamının olmadığını” deyib və mövcud nəzarət xətlərinin atəşkəs xəttinə və ya daimi sərhədə çevrilə biləcəyinə işarə edib.

Respublikaçıların prezidentliyə namizədi Vivek Ramasvami də vençur kapitalisti David Saşın ev sahibliyi etdiyi Spaces sessiyasında Tesla sahibinə qatılıb. 

Ramasvami Maskın qlobal qarşıdurma ehtimalı ilə bağlı xəbərdarlığını təkrarlayaraq dinləyicilərə "Üçüncü Dünya Müharibəsinə girsək, bildiyimiz kimi Birləşmiş Ştatlar mövcudluğunu dayandıracaq" deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook