Mask Böyük Britaniya baş nazirinin vəzifədən getməsinə çalışır
Yanvar 09
11:16
2025
Amerikalı milyarder İlon Mask "sağ yönümlü müttəfiqləri" ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin vəzifədən uzaqlaşdırılması imkanını şəxsi qaydada müzakirə edir.
"Report” xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
"Mask müttəfiqləri ilə qanuna əsasən 15 avqust 2029-cu ildən gec olmayaraq keçirilməli olan növbəti ümumi seçkilərə qədər Kir Starmeri Britaniyanın Baş naziri vəzifəsindən necə uzaqlaşdırılacağını şəxsi qaydada müzakirə edir", - məlumatda bildirilib.